AZ

Kolumbiya İsraili Qəzzada kütləvi qətldə ittiham edib

Bakı. TurkicWorld:

Kolumbiya prezidenti Qustavo Petro İsraili Qəzzada dinc əhaliyə qarşı "kütləvi qətl" törətməkdə ittiham edib.

TurkicWorld xəbər verir ki, bu barədə Kolumbiya prezidenti X sosial media hesbaından paylaşım edib.

Paylaşımda Birləşmiş Millətlər Təşkilatının (BMT) İsraili "münaqişə zonalarında uşaqlara zərər verən" ölkələr siyahısına əlavə etməsi ilə bağlı xəbərdən sitat gətirib.

"Bu gün fələstinli uşaqların bu kütləvi qətlini dəstəkləyən hər kəs, nasistlərin yəhudilərə qarşı soyqırımı zamanı yaşayıb buna biganə qalanlar kimi dünya tarixinin qaranlıq səhifələrində öz yerini tutacaq"- deyə o qeyd edib.

Xatırladaq ki, Kolumbiya Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək mayın 3-də İsraillə diplomatik əlaqələri rəsmən kəsdiyini açıqlayıb.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
turkic.world

2Mənbələr