AZ

Yoxa çıxan milyarderin meyiti tapıldı

İyunun 6-da itkin düşən polşalı biznesmen Yeji Krjanovskinin meyiti tapılıb.

Bu barədə Polşa Mətbuat Agentliyi (PAP) məlumat yayıb.

Bildirilib ki, iyunun 6-dan 7-nə keçən gecə hüquq mühafizə orqanının əməkdaşları kişi meyiti aşkar ediblər. Polis mərhumun şəxsiyyətini təsdiqləyib.

Yeji Krjanovski qardaşı Adam ilə birlikdə, Avropada ofis mebellərinin ən böyük istehsalçılarından olan "Nowy Styl" şirkətinin həmtəsisçilərindən biri olub. Qardaşların sərvəti 1,2 milyard zlot dəyərində (təxminən 300 milyon dollar) qiymətləndirilir.

"Forbes" jurnalı onları ən zəngin polyaklar siyahısında 57-ci yerdə qərarlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
8
musavat.com

10Mənbələr