AZ

Yazda özümüzü niyə yorğun hiss edirik?

Havanın bir gün sərin, bir gün isti olması insan orqanizminə də təsir edir. Mütəxəssislər qeyd edirlər ki, yaz yorğunluğu daha çox gərgin stress altında yaşayan və iş qrafiki sıx olan insanlarda müşahidə olunur.

Musavat.com axsam.az-a istinadən xəbər verir ki, bahar yorğunluğunun orqanizmin mövsümi dəyişikliklərə uyğunlaşdığı zaman meydana gələn bir vəziyyətdir.

Bu zaman adətən halsızlıq, istəksizlik, baş ağrısı kimi əlamətlər özünü göstərir. Bunlar arasında stress və stresslə bağlı problemlər xüsusilə önə çıxır. İnsan özünü daim yorğun hiss edir və gündəlik fəaliyyətlərə qarşı istəksizlik göstərə bilər.

Səhər yataqdan qalxmaqda çətinlik çəkə bilərsiniz və gün ərzində enerji səviyyəniz aşağı ola bilər. Bundan əlavə, bədənin müxtəlif yerlərində yayılmış və ya lokallaşdırılmış ağrılar, xüsusən də baş ağrıları ümumi simptomdur. İnsan yuxusuzluq və ya yuxu rejimində pozulmalarla qarşılaşa bilər. İnsan daha asan əsəbiləşə bilər və ya səbirsizlik hiss edə bilər. Bu simptomlar birlikdə və ya ayrı-ayrılıqda baş verə bilər.

Bəs bunlardan necə xilas olmaq lazımdır?

Bahar yorğunluğundan qorunmaq üçün yaxşı və balanslı bir həyat sürmək vacibdir.

Yaxşı qidalanma, yaxşı yuxu, müntəzəm maye istehlakı və idman çox vacibdir.

Asılılıq yaradan maddələrdən uzaq durun.

Bədəninizin ehtiyac duyduğu vitamin və mineral əlavələrini həkiminizlə məsləhətləşərək qəbul edin.
Kofeini normada istehlak edin. Çünki nəzarətsiz qəhvə istehlakı da yaz yorğunluğunu artıra bilər.

Uyğunlaşma prosesində qapalı yerlərdən açıq ərazilərə keçmək lazımdır.

Qan dəyərlərinizi yoxlayın.

Bədəninizi əlavə stresə sala biləcək çətin vəziyyətlərdən çəkinin. Məsələn havalar isindiyi üçün güclü pəhriz saxlamayın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
9
musavat.com

10Mənbələr