AZ

BMT-nin baş katibi İsveçrədə keçiriləcək sülh sammitinə getməyəcək

BMT-nin baş katibi Antonio Quterreş İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında iştirak etməyəcək, lakin qurumun özü sessiyada iştirak edəcək. Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib. SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

Düjarrik qeyd edib ki, Quterreş onun yerinə “lazımi səviyyədə” bir nümayəndə heyəti göndərmək niyyətindədir.

Xatırladaq ki, İsveçrədə sülh sammiti iyunun 15-16-da keçiriləcək. Artıq 80-dən çox dövlət, o cümlədən ABŞ, Almaniya, Fransa, Finlandiya və digərləri konfransda iştirakını təsdiqləyib.

Bundan əvvəl də qeyd etdiyimiz kimi, Rusiya Federasiyası tədbirə dəvət olunmayıb.

Əli Babayev

Seçilən
128
sia.az

1Mənbələr