AZ

Zaqatala və Qaxda qeyri-sabit havaya görə elektrik enerjisi kəsilib -MAGİSTRAL YOLUN BİR HİSSƏSİ DƏ BAĞLANIB

Qeyri-sabit hava şəraiti Zaqatala və Qax rayonlarını işıqsız qoyub.

 

"Report"un məlumatına görə, hadisəyə axşam saatlarından başlayaraq davam edən yağışlı və küləkli hava səbəb olub.

 

Güclü külək nəticəsində iri gövdəli ağaclar Zaqatala rayonu ərazisində 110 kilovoltluq birinci və ikinci xətlərin üzərinə aşıb. Nəticədə Zaqatala və Qax rayonlarında tam olaraq elektrik enerjisinin verilişi dayandırılıb.

 

"Azərişıq" ASC-nin Şimal-Qərb Regional İdarəsindən sayta bildirilib ki, regionda yerləşən şəbəkələrin əməkdaşları hadisə baş verən əraziyə yollanıblar. Elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz işlər görülür.

 

Bu arada Qaxda aşan iri gövdəli ağaclara görə  magistral yol da  bağlanıb. Belə ki, axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan Sərhədi magistral yolunun rayonun Tasmalı kəndindən keçən hissəsində iri gövdəli ağaclar magistral yola aşıb.

 

Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

 

Hazırda yolun açılması istiqamətində də işlər aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
28
senzor.az

10Mənbələr