AZ

Fidan Fələstinin baş naziri ilə Fələstindəki vəziyyəti müzakirə edib

Bakı. TurkicWorld:

Xarici işlər naziri Hakan Fidan ilə Fələstinin baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, görüşdə sabah İstanbulda keçiriləcək Qəzza ilə bağlı D-8 Xarici İşlər Nazirləri Şurasının Fövqəladə Toplantısı və Fələstindəki son vəziyyət müzakirə edilib.

Türkiyənin rəhbərlik etdiyi mühüm beynəlxalq platformalardan biri olan D-8 çərçivəsində Xarici İşlər Nazirləri Şurasının fövqəladə toplantısı iyunun 8-də İstanbulda keçiriləcək.

Türkiyənin ev sahibliyi edəcəyi toplantı, xüsusilə Qəzza mövzusunda, D-8 ölkələrinin 7 oktyabr 2023-cü ildən Qəzzada davam edən İsrail hücumlarına qarşı kollektiv mövqe sərgiləmələri və İsrail zülmünə səssiz qalmayacaqlarını göstərmələri böyük əhəmiyyət kəsb edir.

Görüşdə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar, İndoneziya xarici işlər naziri Retno Marsudi, Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən, İranın xarici işlər nazirinin müavini Əli Baqeri və Banqladeşin sosial rifah naziri Dipu Moninin, eləcə də Misir və Nigeriyadan yüksək səviyyəli rəsmilərin iştirakı gözlənilir.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
8
turkic.world

10Mənbələr