AZ

Simonyan: “ATƏT-in Minsk qrupu buraxıla bilər”

“ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər”.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

“Onun mövcudluğu (ATƏT-in Minsk qrupu) sülh müqaviləsi imzalanan andan mənasız olacaq. Ermənistan bu istiqamətdə İrəvanla Bakı arasında sülhün bərqərar olmasına gətirib çıxaracaq addımlar atır”, - deyə erməni spiker qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə rəsmi Bakının İrəvana ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı təklif etdiyini bildirib: “Biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik”.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
news365.az

10Mənbələr