AZ

Anar Ələkbərov Əminə Ərdoğanı COP29-a hazırlıq işləri barədə məlumatlandırıb

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Anar Ələkbərov Əminə Ərdoğanı Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə məlumatlandırıb.

Ə.Ərdoğan Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edib və Türkiyə olaraq qardaş Azərbaycanı dəstəkləmək üçün əllərindən gələni edəcəklərini bildirib.

“Türkiyə olaraq hər zaman qardaş ölkə Azərbaycanın yanındayıq”, – Ə.Ərdoğan vurğulayıb.

Seçilən
168
30
nocomment.az

10Mənbələr