AZ

Sinəyə lazer şüası vurmaq olmaz - Həkim rəyi

Qadınlar arasında qol altının və sinədə bitən bəzi tüklərin götürülməsi üçün lazer epilyasiyasından istifadə etmək dəbi çoxdan yaranıb.

Təmizlik hər nə qədər gözəl olsa da, təhlükəsizlik də önəmlidir. 

Bəs görəsən sözügedən nahiyələrə lazer şüasının vurulması həmin bölgədəki limfa düyünlərinə zərər vurur? 

Lazer şüaları xərçəng xəstəliyinə səbəb olurmu?

Hit.az bu məsələyə aydınlıq gətirmək üçün həkim Xanlar Cavadov müraciət edib.

Həkim Hit.az-a bildirib ki, bu günümüzün ən çox verilən sualıdır:

“Qoltuqalıt nahiyəyə lazer epilyasiyası etdirmək olar. Lazer şüaları yalnız dərinin 2 mm dərinliyinə qədər nüfuz edə bilir və yalnız melonin piqmentinə təsir edir. Qoltuqalıt limfalar daha dərində yerləşir və piy toxuması ilə əhatə olunub. Yəni lazer şüalarının limfalara birbaşa təsiri yoxdur. Lazerdən sonra pasiyentdə allergiya yaranarsa, limfalar şişə bilər, çox adam bundan qorxur. Lakin müəyyən müddət sonra şişlər yatır. Süd vəzilərinin gilələri ətrafına lazer vurulması məsləhət deyil , hətta beynəlxalq tibb bunu qadağan edir. Süd vəzilərinin toxumaları daha çox qıcığa məruz qalır və toxumaya təsir problem törədə bilər”- deyə həkim bildirib.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
28
hit.az

10Mənbələr