Bakı, 7 iyun, AZƏRTAC
Albaniya və Azərbaycan yığmaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, Macarıstandakı “Haladaş” stadionunda baş tutan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 12-ci dəqiqədə Nedim Bayrami vurub.
21:54
Bakı, 7 iyun, AZƏRTAC
Albaniya və Azərbaycan yığmaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Macarıstandakı "Haladaş" stadionunda baş tutan görüşün ilk hissəsindən sonra rəqib 1:0 hesabı ilə qalib gəlir.
İlk yarıdakı yeganə qolu 12-ci dəqiqədə rəqibin futbolçusu Nedim Bayrami vurub.
21:29
Albaniya və Azərbaycan yığmaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Macarıstandakı "Haladaş" stadionunda baş tutan görüşün 12-ci dəqiqəsində rəqibin futbolçusu Nedim Bayrami komandasını önə keçirib.
Matçda birinci hissə davam edir.
21:04
Beynəlxalq yoldaşlıq matçında Albaniya və Azərbaycan yığmaları arasında keçiriləcək oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, Macarıstandakı "Haladaş" stadionunda baş tutan görüş Bakı vaxtı ilə 21:00-da start götürüb.