AZ

Misir BRICS vasitəsilə ticarəti sadələşdirməyə ümid edir

Misir BRİKS ölkələri ilə əməkdaşlığı gücləndirməyə sadiqdir. Assosiasiyaya üzvlük digər Afrika dövlətləri ilə ticarəti sadələşdirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə planlaşdırma və iqtisadi inkişaf naziri Hala əl-Səid bildirib.

“Misir coğrafiyası, azad ticarət sazişləri, liman və yollara investisiyaları ilə BRİKS üçün mühüm tərəfdaşdır. O, Afrikaya keçid və qapıya çevriləcək və bir sıra ölkələrlə ticarəti asanlaşdıracaq”, – deyə əl-Səid bildirib.

O, Misirin infrastrukturun yaxşılaşdırılmasına böyük dövlət investisiyaları yatırdığını qeyd edib.

“Biz investisiyaları sadələşdirmək və xarici ticarəti stimullaşdırmaq üçün BRİKS ölkələri ilə daha geniş qarşılıqlı fəaliyyətə ümid edirik”, – nazir vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
nocomment.az

2Mənbələr