AZ

Sudanda silahlı hücumlarda ölənlərin sayı 180 nəfəri ötdü

Sudanda Çevik Dəstək Qüvvələri (HDK) Cəzirə əyalətinin Ved en-Nora kəndinə silahlı hücumlar təşkil edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Sudan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, HDK üzvlərinin həyata keçirdiyi dəhşətli qətliamda 180-dən çox silahsız kənd sakini ölüb:

“Ved en-Nora qətliamı beynəlxalq səviyyədə tanınmış terror qruplarının cinayətlərini də geridə qoyur.

Bu, 1994-cü ildə Ruandada törədilən soyqırım qırğınlarında tətbiq olunan yanaşmaya bənzəyir. 

Bu qətliam beynəlxalq ictimaiyyətin HDK-ya baxışında dönüş nöqtəsi olmalıdır. Onlar hamı üçün təhlükə yaradan bir terror təşkilatı olaraq görülməlidir”.

Aysu
Demokrat.az
Seçilən
190
demokrat.az

1Mənbələr