AZ

“Rusiyanın taktiki nüvə silahları ABŞ-dan 3-4 dəfə güclüdür” - Putin

“Rusiya nüvə sınaqları keçirə bilər, lakin hələlik buna ehtiyac yoxdur. Bizim tərəfimizdən nüvə silahından istifadə yalnız müstəsna hallarda mümkündür”.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda panel müzakirəsi zamanı bildirib.

Rusiya lideri ölkənin nüvə doktrinasına dəyişikliklər edilə biləcəyini qeyd edib:

“Rusiyanın taktiki nüvə silahları ABŞ-ın Xirosima və Naqasakidə istifadə etdiyindən 3-4 dəfə güclüdür. Amma rus insanının duruşu olan yerdə Rusiyaya qalib gəlmək üçün nüvə silahına ehtiyac yoxdur”.

Putin vurğulayıb ki, Rusiya nüvə düyməsini sıxmır və heç vaxt bu mövzuda ritorikaya ilk başlayan olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
49
publika.az

10Mənbələr