AZ

Şahramanyanın “xidməti maşını” Ermənistanda müsadirə edildi

Ləğv olunmuş keçmiş qondarma separatçı qurumun keçmiş başçısı Samvel Şahramanyanın “xidməti maşını” sayılan avtomobil Ermənistanda müsadirə edilib.

 

Bu barədə erməni mediası məlumat yayıb.

 

Məlum olub ki, hüquq-mühafizə orqanı əməkdaşları heç bir vəzifə daşımayan Şahramanyanın mövcud olmayan bir qurumun qondarma nömrəsi ilə “xidməti maşın”dan istifadə etməsini qanunlara hörmətsizlik kimi qəbul ediblər və avtomobili ərazidən evakuatorla aparıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
7
senzor.az

8Mənbələr