AZ

Ərsin Tatar buna görə İlham Əliyevə təşəkkür etdi

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar ölkəsinin Türk Dövlətləri Təşkilatına (TDT) üzvlüyünü dəstəklədiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib.

Axar.az xəbər verir ki, dövlət başçımızın buna dair səsləndirdiyi fikirləri xatırladan Ərsin Tatar deyib.

“Prezident İlham Əliyevin Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin ən yaxın zamanda TDT-nin üzvlüyünə keçməsini dəstəklədiyini, Türk dünyasının bir parçası olması baxımından bunun təbii hal olduğunu, eləcə də bu ölkədə yaşayan türkləri qardaş kimi qəbul etməsi Şimali Kipr Türk xalqı üçün olduqca vacib və dəyərlidir”, - Ə.Tatar vurğulayıb.

Dövlətimizin başçısının Şərqi Aralıq dənizindəki türk dövləti-Şimali Kiprin hər sahədə Türk dünyasının ayrılmaz bir parçası olduğuna dair ifadələrini dilə gətirən Ərsin Tatar xalqı adından Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edərək deyib:

“Azərbaycan və Şimali Kipr qardaşlığı eyni millətin nümayəndələri olaraq əbədi yaşayacaq. Qardaşlığımız Lefkoşadan Bakıya qədər əbədi olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
10
axar.az

10Mənbələr