AZ

Putin: “Rusiyanın taktiki nüvə silahları ABŞ-dan 3-4 dəfə güclüdür” - VİDEO

“Rusiya nüvə sınaqları keçirə bilər, lakin hələlik buna ehtiyac yoxdur. Bizim tərəfimizdən nüvə silahından istifadə yalnız müstəsna hallarda mümkündür”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda panel müzakirəsi zamanı bildirib.

Putin qeyd edib ki, Rusiya Federasiyasının nüvə doktrinası canlı alətdir, ona dəyişikliklər edilə bilər:

“Rusiyanın taktiki nüvə silahları ABŞ-ın Xirosima və Naqasakidə istifadə etdiyindən 3-4 dəfə güclüdür. Amma rus insanının duruşu olan yerdə Rusiyaya qalib gəlmək üçün nüvə silahına ehtiyac yoxdur”.
O, Böyük Britaniyanın keçmiş baş naziri Liz Trussın vəzifəyə gəldikdən sonra nüvə düyməsini basmağa qadir olduğua dair sözlərini xatırladıb: “Rusiya nüvə düyməsini sıxmır və heç vaxt bu mövzuda ritorikaya ilk başlayan olmayıb”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
49
bizim.media

10Mənbələr