AZ

Gəncədə Kəlbəcər sakini güllələnərək öldürüldü

Gəncədə Kəlbəcər sakinini güllələnib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

APA-nın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq, güllə yarası alan B.Heydərov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma davam etdirilir.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
4
yenisabah.az

3Mənbələr