AZ

Alimpaşa Məmmədova vaxt verildi: Bu tarixdə son sözünü deyəcək

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə yenilənmiş məhkəmə istintaqı başa çatıb.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror yenidən ittiham nitqi ilə çıxış edib.

Prokuror əvvəlki tələbində qaldığını - A.Məmmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı çıxışında keçmiş icra başçısının üzərinə həbs qoyulmuş “Azfarel MMC istisna olmaqla, digər əmlaklarının dövlət nəfinə müsadirəsini təklif edib.

Vəkillər müdafiə çıxışında Alimpaşa Məmmədova bəzi maddələr üzrə bəraət, bəziləri üzrə isə yüngül cəza verilməsini xahiş ediblər. Məhkəmə Alimpaşa Məmmədova son sözə hazırlaşması üçün oktyabrın 3-ə kimi vaxt verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
5
publika.az

9Mənbələr