AZ

Rusiya Prezidenti nüvə silahından istifadənin mümkünlüyündən danışıb

“Lazım gəlsə, nüvə sınaqları keçirəcəyik, hələlik buna ehtiyac yoxdur”.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq Forumunun plenar iclasında bildirib.

Putin deyib ki, Rusiya nüvə silahı ilə oynamır.

O, nüvə silahından istifadənin mümkün olduğu anın gəldiyini hesab etmir.

Putin Rusiyanın nüvə doktrinasına dəyişikliklər edilməsini istisna etməyib.

Rusiya Prezidenti qeyd edib ki, Baş Qərargahın fəaliyyət planı var və bu plan uğurla həyata keçiriləcək: “Rusiya qoşunları ilin əvvəlindən düşməni tədricən Donbasdan və digər ərazilərdən sıxışdırıb çıxarır, 47 yaşayış məntəqəsi azad edilib".

Putin əlavə edib ki, Ukraynadakı xüsusi əməliyyatla bağlı problemlərin həlli sürətləndirilə bilər, lakin rusiyalı hərbçilərin həyatı daha vacibdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
49
apa.az

10Mənbələr