AZ

Ukrayna yeni döyüş maşınları alır

Ukrayna Almaniyadan qeyri-müəyyən sayda təkərli “Boxer” piyada döyüş maşınları alacaq.Elchi.az defense24.com-a istinadən xəbər verir ki, çoxməqsədli zirehli maşınlar “RCT30” pilotsuz qüllə sistemi ilə təchiz edilib.“Puma”nın piyada döyüş maşınları oxşar qurğularla təchiz edilib, onlar alçaqdan uçan hədəfləri məhv etməyə imkan verir, ekipajın pilotsuz təyyarələrin hücumlarını dəf etmək qabiliyyətini artırır.Material müəllifləri piyada döyüş maşınlarının Ukraynaya çatdırılma vaxtı barədə heç bir təfərrüat vermirlər. Lakin əminliklə bildirilib ki, döyüş meydanına maşınların gəlməsi ilə Ukrayna prezidenti Volodimir Zelenskinin qüvvələrinin mövqeyi xeyli yaxşılaşacaq.Qeyd edək ki, “Boxer” Almaniyanın “Krauss-Maffei Wegmann”, “Rheinmetall AG” şirkətləri tərəfindən 2000-ci illərin əvvəllərində yaradılıb.Yeganə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
3
elchi.az

7Mənbələr