AZ

AVRO-2024: Bundestimin yekun siyahısı

Almaniya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, yığmanın baş məşqçisi Yulian Naqelsman turnirdə güvənəcəyi futbolçuları müəyyənləşdirib.

Bundestimin 27 nəfərlik ilkin siyahısından Aleksandr Nyubel (“Ştutqart”) çıxarılaraq yekun “26-lıq” bəlli olub.

Qapıçılar: Oliver Bauman (“Hoffenhaym”), Manuel Noyer (“Bavariya”), Mark-Andre Ter Şteqen (“Barselona”, İspaniya);
Müdafiəçilər: Valdemar Anton, Maksimilian Mittelştedt (hər ikisi “Ştutqart”), Yozua Kimmix (“Bavariya”), Benyamin Henriks, Dabid Raum (hər ikisi “Leypsiq”), Robin Kox (“Ayntraxt”), Antonio Rudiger (“Real”, İspaniya), Niko Şlotterbek (“Borussiya” D), Conatan Ta (“Bayer”);
Yarımmüdafiəçilər: Robert Andrix, Florian Virts (hər ikisi “Bayer”), Kris Fyurix (“Ştutqart”), Paskal Qros (“Brayton”, İngiltərə), İlkay Gündoğan (“Barselona”, İspaniya), Toni Kroos (“Real”, İspaniya), Camal Musiala, Aleksandar Pavloviç, Leroy Sane (hamısı “Bavariya”);
Hücumçular: Maksimilian Bayer (“Hoffenhaym”), Niklas Füllkruq (“Borussiya” D), Kay Haverts (“Arsenal”, İngiltərə), Tomas Müller (“Bavariya”), Deniz Undav (“Ştutqart”).

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
idman.biz

10Mənbələr