AZ

ABŞ Çini Qlobal Sülh Sammitində iştirak etməyə çağırdı

ABŞ Çini Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması ilə bağlı iyunun 15-16-da İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitində iştirak etməyə çağırır.

Qaynarinfo xəbər verir ki, bunu iyunun 6-da keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib

"Şübhəsiz ki, biz Çini bu sammitdə iştirak etməyə təşviq edirik. Onlar sammitin əvvəlki versiyalarında iştirak ediblər. Onların mövcudluğunun faydalı olduğuna inanırıq. İnanırıq ki, onların iştirakı burada da faydalı olacaq”, - amerikalı rəsmi bildirib.

ABŞ Dövlət Departamenti həmçinin bildirib ki, Çin Rusiyanın müdafiə sənayesi bazasına kömək edən öz şirkətlərinə təzyiqi artırmalıdır, bu, "daha da faydalı” olacaq. 
Mayın 31-də "Reuters” öz mənbələrinə istinadən yazıb ki, Çin İsveçrədə keçiriləcək sülh sammitində iştirakdan imtina edib. Çin daha sonra Rusiyanın orada olmayacağına görə görüşdə iştirak etməyəcəklərini rəsmən təsdiqləyib.

Zelenskinin sözlərinə görə, Çin də bəzi ölkələri sammitdə iştirakdan çəkindirməyə çalışır.

İyunun 15-16-da İsveçrədə ölkə liderləri səviyyəsində qlobal sülh sammiti keçiriləcək. Ukrayna prezidenti ofisindən verilən məlumata görə, iyunun 3-nə 107 ölkə sammitdə iştirakını təsdiqləyib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
5
qaynarinfo.az

4Mənbələr