AZ

Orxanın doğma anası: “İlhamə Quliyevanın sağlığında hamı oğlumun yanında idi” – VİDEO 

“Orxanın itkin düşdüyü bu 8 ay ərzində bir adam belə qapımı döyüb deməyib ki, oğlunun mənə 5 manat borcu var. Belə olsaydı, deyərdim ki, nə olsa da o pulu verib borcu bağlayardım. Beyəm, mən bu qədər ağılsız insanam? Mənim savadım yoxdur? Mən hər şeyi gözümün önünə alıb efirə gəlmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri 8 aydır ki, itkin düşdüyü iddia edilən, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovun doğma anası Lalə xanım “Səni axtarıram” verilişində deyib. 

Lalə xanım bildirib ki, İ.Quliyevanın sağlığında onun oğlu Orxana xüsusi hörmət olub: 

“Əgər Orxanla bağlı hər hansısa bir sübut varsa, mən o sübutun qarşısında susaram. Fərziyyələrlə danışmaq olmaz. Oğlumun bir ölkədən digərinə getməsi fakt deyil. Gizli heç nə yoxdur. Əgər nə zamansa kiminsə ayağı büdrəyibsə... Bu, həyatdır və bu həyatda heç kim heç nədən sığortalı deyil.
Oğlum Orxanı heç kim heç nədə mühakimə edə bilməz. Bu məsələdə İlhamə Quliyevanın adının hallanmasını istəmirəm. Zamanında nə olubsa olub, həyatımda nə baş veribsə, bu, mənim həyatımdır. İlhamə xanımın sağlığında hamısı Orxanın yanında idi. Oğluma deyirdilər ki, orada oturma, burada otur. Mən bunların hamısını görmüşəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
16
bizim.media

10Mənbələr