AZ

İsrailin Qəzzaya hücumunda 14 nəfər həyatını itirdi

İsrailin Qəzza zolağına hücumu nəticəsində azı 14 fələstinli həlak olub. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.
 
Bu gün İsrail ordusunun Qəzza şəhərinin Sura məhəlləsini bombalaması nəticəsində 2 fələstinli dünyasını dəyişib.
 
Bundan əlavə, İsrail ordusu Qəzza şəhərinin bir çox məhəllələrini artilleriya atəşi ilə, sahilyanı ərazini isə hücum katerləri ilə hədəfə alıb.
 
Qəzzanın cənubundakı Rəfah şəhərində İsrail ordusu Beynəlxalq Ədalət Məhkəməsinin hücumları dayandırma qərarına baxmayaraq, şəhərə hücumlarını davam etdirir.
 
Məryəm
Seçilən
103
9
azxeber.com

10Mənbələr