AZ

Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyən edilir

Bakı. Trend:

Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydasımüəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugün keçirilən iclasında müzakirə edilən “Məşğulluq haqqında” qanunadəyişiklikdə öz əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən, qaydanımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir.

Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayıişəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (onbeş) iş yerindən çox olmamaqla müəyyən edilir.

Kvotadan əlavə iş yerlərində müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) tərəfindən göndəriş verilmiş şəxslərlə2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrəəməkhaqqı bu Qanunun 26.6-cı maddəsi nəzərə alınmaqla, işsizlikdənsığorta vəsaiti hesabına maliyyələşdirilir.

Kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığortavəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği sosialmüdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkənşəxslərin kateqoriyaları üzrə müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən faizdərəcələri tətbiq olunmaqla, müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyənolunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaqşərtilə İşəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) arasında bağlanılan müqavilə əsasında müəyyənedilir.
Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyatakeçirilir.

Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyatakeçirilir.

Müsabiqədə aşağıdakı şərtlərə uyğun olan işəgötürənlər iştirakedə bilərlər:

- son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinəAzərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrəvaxtı keçmiş öhdəlikləri olmayan;

- son bir il ərzində işçilərin sayını azaltmayan və ya işyerlərini ixtisar etməyən;

- bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq müvafiq məlumatlarıvakansiya bankına təqdim edən.

- Dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının,dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olanhüquqi şəxslərin müsabiqədə iştirakına yol verilmir.

Müsabiqədə məqsədli proqramlar üzrə əmək bazarında ən çox tələbolunan peşələr üzrə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işədüzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı işyerləri yaradan işəgötürənlərə üstünlük verilir. Müsabiqədə qalibolmuş İşəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) arasında müvafiq məqsədli proqramınistiqamətləri, tərəflərin hüquq və vəzifələri, habelə məsuliyyətigöstərilməklə məqsədli proqramın həyata keçirilməsinə dair 3 (üç)illik müddətə müqavilə bağlanılır. Müqavilə müddətində.İşəgötürənlərin məqsədli proqramların həyata keçirilməsinə dairdigər müsabiqədə iştirakına yol verilmir.

Məqsədli proqramın həyata keçirilməsi çərçivəsində işəgötürəntərəfindən yaradılan və 2 (iki) ildən az olmayan müddətə bağlanılanəmək müqaviləsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) göndərişi əsasında işçi qəbul ediləcək həriş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərəalınmaqla ayrılacaq vəsaitin məbləği müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənedilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
24
az.trend.az

10Mənbələr