AZ

İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişikliklər təsdiqləndi

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
 
Moderator.az-ın xəbərinə görə, sənədi parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
 
Sənədə əsasən, işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz 2,8 % artırılaraq 180 milyon manatdan 185 milyon manata çatdırılır.
 
Artım Fondun 2023-cü ilin sonuna istifadə olunmamış vəsaitinin eyni məbləğdə və yaxud 8,1 % azaldılaraq 57,95 milyon manatdan 53,25 milyon manata endirilməsi hesabına baş tutacaq.
 
Eyni zamanda Fondun gəlirlərinin qeyri-büdcə sektoru üzrə hissəsi üzrə proqnoz eyni məbləğdə və yaxud 3,5 % artırılaraq 134,6 milyon manatdan 139,3 milyon manata çatdırılır.
 
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
13
moderator.az

10Mənbələr