AZ

Ruslar Xarkov istiqamətində irəliləyir

Rusiya ordusu Xarkov vilayətinin iki yaşayış məntəqəsi – Volçansk şəhəri və İvanovka kəndi yaxınlığında irəliləyiblər. İyunun 6-da dərc edilən geolokasiya görüntüləri, düşmənlərin Volçanskın cənub-qərbində yerləşən Staritsa ərazisində irəliləməyə müvəffəq olduğunu göstərir.

Editor.az bildirir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) son hesabatında bildirib: “Rusiya qoşunları iyunun 6-da Kupyansk-Svatovo-Kremennaya xətti boyunca davam edən quru hücumları fonunda bu yaxınlarda Kupyanskın cənub-şərqinə irəliləyib.

İyunun 6-da yayımlanan geolokasiya görüntüləri göstərir ki, rus qoşunları mexanikləşdirilmiş hücum zamanı İvanovkanın şimal-qərbinə (Kupyanskın cənub-şərqi) irəliləyiblər” mesajda deyilir. Analitiklərin fikrincə, bu, düşmənlərin İvanovka kəndinin özündə də irəli gedə biləcəyini göstərir.

//Samir Qurbanov, Editor.az

Seçilən
113
1
editor.az

2Mənbələr