AZ

İyunun 9-da coğrafiya və informatika üzrə əlavə imtahan keçiriləcək

İyunun 9-da  I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İnformatika fənni üzrə imtahanda 11804, coğrafiya fənni üzrə imtahanda isə 6636 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 78 imtahan binası, 1375 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 78 ümumi imtahan rəhbəri, 224 imtahan rəhbəri, 1719 nəzarətçi, 240 buraxılış rejimi əməkdaşı, 78 bina nümayəndəsi cəlb olunub.

İmtahanda 26 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. 

I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən, lakin 26 may və 2 iyunda keçirilən əsas imtahanda iştirak etməyən abituriyentlərin 9 iyunda keçiriləcək informatika və ya coğrafiya fənləri üzrə əlavə imtahanda iştirak etmələrinin hüquqi əhəmiyyəti yoxdur.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
22
anews.az

10Mənbələr