AZ

Qusarda ağır qəza - 7 yaşlı uşaq öldü

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda “Qafqazinfo”ya DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən gün  saat 18:30 radələrində Qusar rayonu ərazisində rayon sakini Şənlik Qaziyev idarə etdiyi “İSUZU”  markalı avtomobil ilə yolu keçən piyada 2017-ci il təvəllüdlü rayon sakini Seymur Lətifovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
qafqazinfo.az

10Mənbələr