AZ

Ermənistanda yanacaqdoldurma məntəqəsində güclü partlayış olub - FOTO (YENİLƏNİB)

İlkin məlumata görə, yaralananlar var.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb. Hazırda partlayış yerində yanğınsöndürmə işləri aparılır. Hadisə yerində Daxili İşlər Nazirliyinin (DİN) xilasetmə xidmətinin 12 döyüş briqadası var, digər döyüş heyətləri də qeyd olunan əraziyə göndərilib.

00:03

İrəvan-Sevan yolunun Abovyan şəhəri yaxınlığındakı hissəsində yanacaqdoldurma məntəqələrindən birində güclü partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“911 xidmətinə İrəvan-Sevan yolunun ikinci kilometrliyindəki yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verməsi ilə bağlı çoxsaylı zənglər daxil olub. Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə gediblər”, - deyə idarədən bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
14
ucnoqta.az

10Mənbələr