AZ

Naxçıvanda ana və iki övladını maşın vurdu

Naxçıvan şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının qarşısında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyeva Sona Akif qızı və övladları, 9 yaşlı İlkanə və 6 yaşlı Dəniz xəsarət alıblar. Zərərçəkənlər dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb, onlara yumşaq toxumanın əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
7
bakupost.az

10Mənbələr