AZ

Rusiyadan baş konsulluq AÇIQLAMASI: "Uğur qazanacağımıza ümid edirik"

"Moskva və Bakı Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılmasını müzakirə edir. Rusiya Federasiyası bu məsələdə uğur qazanacağına ümid edir".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən “Rusiya - Azərbaycan” sessiyasında deyib.

“Qeyd etmək istərdim ki, əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışı Azərbaycanda baş konsulluqlarımızın yaradılmasına uyğun olardı. Biz indi azərbaycanlı dostlarımızla bu söhbəti edirik və ümid edirik ki, bu söhbət də uğurlu olacaq.”, - deyə nazir müavini bildirib.

Qaluzin Rusiya-Azərbaycan münasibətlərinin bu gün əla olduğunu vurğulayıb.

"Bunlar 2022-ci ilin fevralında imzalanmış bəyannaməyə uyğun olaraq müttəfiqlik qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq münasibətləridir", - deyə o əlavə edib.

Rusiya XİN rəhbərinin müavini Azərbaycanda rus dilinin öyrənilməsi məsələsinə də diqqət çəkib:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
18
publika.az

10Mənbələr