AZ

“Ermənistan-Rusiya münasibətləri böhranda, Azərbaycanla münasibətlər isə inkişafdadır” - Erməni politoloq

Pərvanə SULTANOVA [email protected]


“Ermənistan-Rusiya münasibətləri böhran içindədir, Azərbaycan-Rusiya münasibətləri isə inkişaf mərhələsindədir”.

525.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, Rusiya və Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri arasında ümumiyyətlə əməkdaşlığın olmadığını söyləmək  olmaz. Ermənistan ərazisində bir çox rus strukturları fəaliyyət göstərirlər, məsələn, rus ordusu, rus sərhədçiləri, rus biznesi. Buna uyğun olaraq həm müvafiq, həm də digər nazirliklərlə əlaqələr var. Ancaq böhran uzun müddətdir, bəlkə də 2020-ci ildən bəri göz qabağındadır.

İskəndəryan deyib ki, bunu bir çox parametrlər müəyyənləşdirir, əsas parametrlər 2020-ci il Qarabağ müharibəsi, Ukrayna müharibəsi və “DQRr”in (Azərbaycanın Qarabağ ərazisi – red.) yox olmasıdır.

“Hər iki tərəfdə məyusluq var. Erməni tərəfdə Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik inhisarçısı olaraq qalacağı və Ermənistan üçün təhlükəsizlik təminatçısı olacağı ilə bağlı əsassız gözləntilər var idi. Rusiya tərəfində isə Rusiyanın maraq dairəsi hesab etdiyi hər hansı bir dövlətdə Qərbə doğru hansısa cəhdə görə qısqanclıq var”, - İskəndəryan qeyd edib.

Onun sözlərinə görə, Ermənistanda Qərbə getmək narrativi kifayət qədər populyardır və bu, daxili siyasi bazarda işləmək üçün alətdir: “2018-ci ildən sonra Ermənistan heç də həmişə qərbyönlü siyasət aparmayıb. Ermənistan hakimiyyətinin siyasəti fürsətçi xarakter daşıyır. İndi Ermənistan bir mifdən digərinə keçir. Əvvəllər belə bir mif var idi ki, Rusiya bizi xilas edəcək, indi isə belə bir mif var ki, Qərb bizi xilas edəcək. Fransızlar gələcək, Bayden nəsə deyəcək, delimitasiyadan sonra hər şey yaxşı olacaq. Problemləri həll etmək üçün dövlətdə vəzifələr sədaqətə görə deyil, səriştəyə görə tutulmalıdır, milləti təhlükəsizlik ideyası ətrafında birləşdirməyə cəhd göstərmək lazımdır”.

 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
525.az

2Mənbələr