AZ

TÜRKPA-nın 5 yeni model qanunu qəbul edilib - FOTO

TÜRKPA-nın Bakıda keçirilən 13-cü plenar sessiyasında üzv dövlətlərin parlamentlərinin təqdim etdikləri model qanunlar qəbul edilib.

Bizim.Media xəbər verir ki, bunlar “Fərdi məlumatların qorunması haqqında” (Türkiyə), “Əmək bazarının tələbi nəzərə alınmaqla kadrların hazırlanması haqqında” (Azərbaycan), “Tütün məmulatlarının istifadə edilməsinin məhdudlaşdırılması haqqında” (Azərbaycan), “Ticarət nümayəndəlikləri haqqında” və “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” (hər ikisi TÜRKPA) qanun layihələridir.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, TÜRKPA çərçivəsində indiyədək 10 model qanun qəbul edilib. 13-cü plenar sessiyada isə 5 model qanun tədbir iştirakçılarının diqqətinə təqdim edilib.



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
8
bizim.media

9Mənbələr