AZ

834-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 834-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 610 təyyarəsi, 274 helikopteri, 25 225 PUA-sı, 527 zenit-raket kompleksi, 16 276 tank və digər zirehli texnikası, 1 330 reaktiv yaylım atəş sistemi, 10 162 artilleriya və minaatanı, 22 311 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
118
49
sitat.info

10Mənbələr