AZ

Adil Əliyev: “Azərbaycanın enerji imkanları - alternativ enerji kontekstində”

Ölkəmizdə keçirilən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi oldu. Dünyanın diqqət mərkəzində olan tədbirin növbətisinə maraq həddən artıq yüksəkdir. Tədbir bir neçə vacib məqamla yadda qaldı, belə ki, tədbirdə çıxış edən Prezident İlham Əliyev dünəndən bu günə Azərbaycanın enerji sahəsindəki inkişafının qısa təhlilini təqdim etdi.

İlk növbədə, ölkəmiz üçün ən ağrılı illər olan 90-cı illərin əvvəllərinə toxunuldu və Ermənistanın tarixi torpaqlarımızı işğal etməsi nəticəsində bir milyondan artıq məcburi köçkünün olması diqqətə çatdırıldı. Qeyd olundu ki, hər səkkiz adamdan bir nəfərin məcburi köçkün olması, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ulu Öndər tərəfindən atılan addımlar qeyd olundu. Ölkəmizin parçalanmasının qarşısının alınmasında, vətəndaş müharibəsinə son qoyulmasında, dövlətin müstəqilliyinin təhdidlərdən xilasında Heydər Əliyevin gördüyü tarixi missiya bir daha iştirakçıların diqqətinə çatdırıldı.

Məhz 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulmuş Azərbaycan enerji strategiyasının bugünkü səviyyəyə qədər yüksəldi. Qısa müddət ərzində ilk neft və qazın hasil olunmasına nail olundu və bu da ölkəmizin iqtisadiyyatına öz töhfəsini verdi. Azərbaycanın təbii sərvətlərinə artan xüsusi maraq, həm də bir çox sahələrdə ölkəmizin nüfuzunu artırdı.

Belə ki, rəsmi Bakı bu gün təbii qazdan və digər faydalı qazıntılardan səmərəli istifadə etməklə bir vaxtda həm də enerji təchizatçı kimi Avrasiyada etibarlı tərəfdaş olaraq tanınır. Bu xüsusat dövlətimizin artan nüfuzu baxımından olduqca vacibdir, eləcə də ölkəmizlə iqtisadi, siyasi əlaqələrin qurulmasına xüsusi töhfə verir. Bu sahədə aparılan genişmiqyaslı işlər nəticəsində ölkəmiz enerji təhlükəsizliyinin qarantı olaraq məşhurlaşıb. Məhz Azərbaycan qazının Avropa bazarına çatdırılması ilə əlaqədar icra olunan layihələr çərcivəsində Cənub Qaz Dəhlizi ilə 3500 km daşıma xətti çəkilib, nəticədə təbii qazımız bu bazara çatdırıldı. Bu layihənin icra edilməsi ilə Azərbaycan enerji təhlükəsizliyinin qarantı olmaqla bərabər Avropa bazarında söz sahibi olmağını bir daha göstərib.

Ölkəmiz neftin, təbii qazın çıxarılması, istifadəsi ilə bir vaxtda alternativ enerjiyə böyük önəm verir. Bu sahənin inkişafını, yaşıl enerji kimi vacib məqamlar gündəliyimizdə xüsusi yer tutur, bərpa olunan enerjiyə xüsusi diqqət ayrılır, alternativ enerji mənbələri təsis olunur. Bu məqsədlə də ölkəmizdə bərpaolunan enerji ehtiyatlarında Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və digər şirkətlər tərəfindən icra olunan layihələr xüsusi əhəmiyyət kəsb edir. Günəş və külək enerji layihələrinin təməlqoyma mərasimlərinin keçirilməsi, alternativ enerjinin imkanlarının genişləndirilməsində xüsusi rol oynayacaqdır.

Azərbaycan öz enerji potensialından istifadə etməklə yanaşı, ətraf mühitlə bağlı öhdəliklərini də yüksək səviyyədə icra edir. Dünyada çox azsaylı ölkə var ki, həm enerji resursları ilə əlaqədar qazıntı işləri aparsın, paralel olaraq da yaşıl enerji kimi vacib məsələni ön planda saxlasın. İqlim dəyişikliyinin Xəzər dənizinin sahil xəttinə təsirləri yeni su anbarlarının tikintisi və mühafizə işləri də daxil olmaqla, qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. Ölkəmizdə yaşıl enerjiyə, təbiətin qorunmasına ayrılan diqqət beynəlxalq aləmdə də xüsusi rəğbət görür. Azərbaycan iqlim təşəbbüslərində fəal iştirak edir, COP29 müzakirələrinə ev sahibliyi edir, qarşılıqlı öhdəliklər üçün ittifaqlar yaradır və qlobal maraqlı tərəflərlə inklüziv tərəfdaşlığı təşviq edir.

Gələcəyə nəzər salsaq, Azərbaycanın enerji trayektoriyası bərpa olunan enerji potensialının, xüsusən də Qarabağ və Şərqi Zəngəzur kimi işğaldan azad edilmiş və əhəmiyyətli hidroelektrik potensialına malik rayonlarda əhəmiyyətli dərəcədə artımı nəzərdə tutur. Birgə səylər, resursların məsuliyyətli istifadəsi və iqlimi nəzərə alan siyasət Azərbaycanın davamlı enerji gələcəyinə və qlobal ekoloji nəzarətə sadiqliyini vurğulayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
musavat.com

3Mənbələr