AZ

Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştlərini təsdiqləyib

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştlərimüəyyənləşib.

Trend-in xəbərinə görə,Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsihaqqında qanunu imzalayıb.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş MillətlərTəşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasının (COP29) AzərbaycanRespublikasında keçirilməsi ilə əlaqədar malların təqdimedilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlbolunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsindəəldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlirvergisindən azad olunub.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələriüzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi iləəlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarındanistifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görəmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqişəxsə ödənilən royalti gəlirləri 2024-cü il martın 1-dən 9 aymüddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş MillətlərTəşkilatının İqlim Dəyişmələri üzrə çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasının (COP29) AzərbaycanRespublikasında keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqişəxslər tərəfindən işlərin görülməsindən və xidmətləringöstərilməsindən əldə edilən gəlirlər 2024-cü il martın 1-dən 9 aymüddətinə vergidən azad edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmışmüqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işləringörülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedicisənədi əsasında malların idxalı 2024-cü il martın 1-dən 9 aymüddətinə ƏDV-dən azad olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
49
az.trend.az

10Mənbələr