AZ

Səudiyyə Ərəbistanı neft hasilat gücünü artırmağı planlaşdırır

Səudiyyə Ərəbistanı neft hasilat gücünü artırmağı planlaşdırır

Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman bildirib ki, ölkəsi qarşıdakı üç ildə neft hasilatını artıracaq. "Lakin bu artım 2026-cı ildə baş verəcək, daha sonra 2027-ci ildə tədricən davam edəcək" - deyə nazir Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) çıxışı zamanı bildirib.Abdel Əziz bin Salman qeyd edib ki, eyni zamanda Səudiyyə Ərəbistanının da neft ixrac imkanlarını artırmaq planları var."Saudi Aramco" elan edib ki, şirkət Energetika Nazirliyindən maksimum hasilat gücünü sutkada 12 milyon barel səviyyəsində saxlamaq üçün sifariş alıb. Bundan əvvəl "Saudi Aramco" 2027-ci ilə qədər neft hasilatını sutkada 13 milyon barelə çatdırmağı planlaşdırır.

Seçilən
104
50
afn.az

10Mənbələr