AZ

Ermənistanın müdafiə naziri Bolqarıstanda keçirilən "HEMUS 2024" beynəlxalq sərgisində iştirak edib

Bolqarıstana işgüzar səfəri çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan iyunun 5-də Plovdivdə açılmış "HEMUS 2024" beynəlxalq sərgisində iştirak edib.

BiG.AZ xəbər verir ki, Papikyan Facebook səhifəsində bu barədə yazıb.

"Mərasimdən sonra mən sərginin pavilyonlarını gəzdim, nümayiş etdirilən silah eksponatlarına baxdım, müxtəlif hərbi sənaye şirkətlərinin rəhbərləri və nümayəndələri ilə müzakirələr apardım", -deyə Ermənistanın müdafiə naziri əlavə edib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
big.az

10Mənbələr