AZ

Rusiyadan Türkiyəyə qaz nəqli rekord səviyyəyə çatdı

Rusiyadan Türkiyəyə “Türk axını” ilə qaz nəqli may ayında mütləq tarixi rekorda çatıb.

Fins.az xəbər verir ki, mayın sonunda gündəlik qaz nəqli 55,7 milyon kubmetr təşkil edib.

Avropa qaz ötürücü sistem operatorları şəbəkəsinin (ENTSOG) statistik məlumatlarına istinad edən nəşr qeyd edir ki, rekord göstəriciyə mayın 29-da nail olunub. Yazın son ayında bu marşrut üzrə orta sutkalıq qaz nəqli 46,9 milyon kubmetr təşkil edib. Bu rəqəm 2023-cü ilin eyni dövrünün səviyyəsindən demək olar ki, iki dəfə çoxdur. 2024-cü ilin aprel ayı ilə müqayisədə isə 15 faiz artım olub.

Ümumilikdə, may ayının yekununda bu marşrutla 1,45 milyard kubmetr Rusiya qazı verilib ki, bu da ilin əvvəlindən bəri ən yüksək aylıq göstəricidir. May ayı üçün əldə edilən səviyyə 2020-ci ildə qaz kəmərinin istifadəyə verilməsindən bəri rekord olub. Analitiklər bu marşrut üzrə nəqlin kəskin artımını spot qiymətlərlə müqayisədə rus qazının avropalı alıcılar üçün daha sərfəli qiyməti ilə əlaqələndirirlər.

Qeyd edək ki, “Türk axını” ilə qaz nəqli bir neçə aydır ki, yüksək səviyyədədir. Belə ki, aprelin birinci yarısında bu marşrut üzrə Rusiya qazının tədarükünün ümumi həcmi 543,3 milyon kubmetrə yüksəlib. İllik ifadədə nəqlin həcmi daha sonra 3,4 faiz artıb. Bundan əlavə, bu nəticə son dörd ildə aprelin əvvəli üçün maksimum olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
23
fins.az

10Mənbələr