AZ

SOCAR ölkənin dekarbonizasiya yolunda dəstəklənməsində mühüm rol oynayır - Əfqan İsayev

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ölkənin dekarbonizasiyayolunda dəstəklənməsində mühüm rol oynayır.

Trend xəbərverir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev 29-cuBakı Enerji Forumu çərçivəsində "Dayanıqlı enerjinin inkişafı:Xəzər regionunda "yaşıl" enerji potensialı" mövzusunda panelmüzakirəsində deyib.

"SOCAR ölkənin dekarbonizasiya yolunda dəstəklənməsində mühümrol oynayır. Məlum olduğu kimi, ölkənin qarşısında iddialı məqsəddayanır: 2030-cu ilədək ümumi enerji balansında bərpa olunanenerjinin 30 faizini təmin etmək. İnanırıq ki, tərəfdaşlarımızlabirlikdə bu məqsədə nail olacağıq, belə ki, artıq bir neçə səhmdarmüqaviləsi imzalamışıq. Gördüyünüz kimi, bir neçə gün əvvəl hazırkıkursun əhəmiyyətini vurğulayan tədbirlər keçirildi. Hazırda bərpaolunan enerji mənbələri mühüm rol oynayır", - o deyib.

Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı, neftin,qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin vəneft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı,təbii qazın sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habeləAvropaya tədarükü ilə məşğul olur.

Şirkət Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya vəUkrayna kimi ölkələrdə müxtəlif fəaliyyət, o cümlədən əsasənİsveçrə, Sinqapur və Nigeriyada ticari fəaliyyət göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
az.trend.az

3Mənbələr