AZ

Bakı Ali Neft Məktəbinin gəlirləri 10.5 milyon manata çatıb

Bakı Ali Neft Məktəbi (BANM) 2023-cü il üzrə gəlir və xərclərini açıqlayıb.

Banker.az bu barədə BANM-in 2023-cü il üzrə Maliyyə-Təsərrüfat fəaliyyəti haqqında illik hesabatına istinadən xəbər verir.

Hesabat ilində BANM-in gəlirləri 10.413 min manat, xərcləri 10.304 min manat olub. Belə ki, gəlirləri illik müqayisədə 343.41 min manat, xərclər isə 566.33 min manat artıb. Xərclərin artımı əsasən əmək haqqı (+268.53 min manat) və sosial sığorta haqları (+111.75 min manat) ilə bağlıdır.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) strukturunda 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda yaradılmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
banker.az

10Mənbələr