AZ

Bakı Avrasiya Universitetinin“Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR  

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Modern.az xəbər verir ki, iyunun 5-də AzEdu.az və Bakı Avrasiya Universitetinin (BAAU) birgə təşkilatçılığı ilə BAAU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, rektorun köməkçisi Şəfayət Müzəffəroğlu, Filologiya fakültəsinin dekanı dosent Salman Suleymanov, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 

Mükafatlandırma mərasimi Elşad Eyvazlı açılış nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.

 

Daha sonra fakültə dekanları tələbələri təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb.

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.


Bakı Avrasiya Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Quluzadə Firdövsi – Regionşünaslıq və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi;

Əliyeva Məryəm- Regionşünaslıq və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi;

Alxanov Hünər - Regionşünaslıq və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi;

Həsənli Emilya - Regionşünaslıq və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi;

Şıxəli Əli - Regionşünaslıq və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi;

Əzizova Fidan - Regionşünaslıq və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi;

Məmmədzadə İlkin - Regionşünaslıq və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi;

İsmayılzadə İsmayıl - Filologiya fakültəsinin III kurs tələbəsi;

Salmanova Leyla - Filologiya fakültəsinin IV kurs tələbəsi;

Məmmədova Nərminə - Filologiya fakültəsinin IV kurs tələbəsi;

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
33
modern.az

10Mənbələr