AZ

Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin cinsi orqanı kəsilib

"Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin vəziyyəti orta-stabildir".

Bu barədə  Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur.

Xatırladaq ki, hadisə rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdləri arasında baş verib. Aydın Səfərov (şərti) sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.
 
 
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
33
7news.az

10Mənbələr