AZ

"Neftçi"nin sabiq rəsmisinə yeni vəzifə verildi

Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.

ABF-nin Mətbuat Xidmətindən məlumata görə, Fərrux Mahmudov qurumda icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

O, daha əvvəl Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Fərrux Məmmədovun son iş yeri "Neftçi" futbol klubu olub. O, paytaxt təmsilçisində baş icraçı direktoru vəzifəsini yerinə yetirib. F.Mahmudov bir neçə gün öncə Bakı klubundakı vəzifəsindən istefa verib. (Oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
4
musavat.com

5Mənbələr