AZ

"Rusiya Polşadakı silah anbarını vura bilər" - Ekspert

Moskva ABŞ prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməsinə icazə vermək qərarına görə cavab tədbirləri görə bilər. 

Hit.az xəbər verir ki, bu barədə "Newsweek"ə ekspert Nikolo Fasola bildirib.

“Rusiya üçün elə bir məqam gələcək ki, əsl qırmızı xətlər keçiləcək və təbii ki, onlar müvafiq cavab tədbirləri görəcəklər”, deyə ekspert qeyd edib.

Əgər Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə hücumlara başlasa, Rusiya Federasiyası da öz növbəsində oxşar qərarla cavab verə bilər. Məsələn, Polşa ərazisində Ukraynaya məxsus silah anbarlarına fərqli səviyyədə zərbələr endirmək mümkündür.

Əvvəllər bildirilirdi ki, Ukrayna hakimiyyəti Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Kiyevə verilən sursatların istifadəsinə qoyulan məhdudiyyətlərin qismən götürülməsindən məyus olub. Qeyd olunur ki, Ukrayna prezidenti Volodimir Zelenski Pentaqonun rəhbəri Lloyd Ostin ilə danışıqlar aparacaq və onunla Kiyevin ABŞ silahlarından istifadəsinin genişləndirilməsini müzakirə edəcək.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
41
hit.az

10Mənbələr