Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1997-ci il təvəllüdlü Şəhla Eyvaz qızı Qasımzadə xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.