AZ

İrəvan Bakının son sülh təklifinə cavab verib - RƏSMİ

"Ermənistan bundan əvvəl Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb. Söhbət mətnin 9-cu redaktəsindən gedir. Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib".

"Cebhe.info" xəbər verir ki, bunu “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

“Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə 9-cu redaktə mətninin göndərilməsi ilə cavab verdi”, - deyə Badalyan bildirib.

Xatırladaq ki, aprelin 8-də İrəvan saziş layihəsi ilə bağlı Bakının 8-ci təkliflər paketinə cavab verib.

Aprelin 26-da isə Ermənistanın Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi aldığı barədə məlumat yayılıb.

Xəzər

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
cebheinfo.az

10Mənbələr