AZ

Prokurorluqda istintaqa nəzarət idarəsinə rəis müavini və Füzuliyə prokuror təyin olunub

Baş prokuror bir səra təyinatlarla bağlı əmrlər imzalayıb.
Baş prokurorluğun Mətbuat xidmətindən  İdeologiya.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib.
Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinə təyin edilib.
Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Vüqar Səlimov Cəbrayıl rayon prokuroru vəzifəsinə təyinat alıb.
Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
25
ideologiya.az

10Mənbələr