AZ

Nadir Adilov Ankarada Azərbaycanın mediasiya təcrübəsi barədə çıxış edib

Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində səfərdə olan Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Ankarada keçirilən Türkiyə mediatorları və mediasiya mərkəzləri platformasında Azərbaycanın mediasiya təcrübəsi, eyni zamanda görülən işlər, uğurlar və nailiyyətlər barədə danışıb. Eyni zamanda o, Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində görülən işlər barədə məlumat verib. Azərbaycan və Türkiyə arasında reallaşacağı gözlənilən mediatorların təcrübə proqramı barədə məlumat verən Nadir Adilov qeyd edib ki, bu proqram vasitəsilə yüzlərlə mediator bir-birini daha yaxşı, daha yaxından tanıyacaq və qarşılıqlı olaraq təcrübələrini bölüşə biləcəklər. O, bu proqramın iki qardaş ölkənin eyni peşə sahiblərinin inteqrasiyası üçün çox mühüm olduğunu qeyd edib.İştirakçıları Azərbaycan Respublikasının Mediasiya Şurası adından salamlayan Nadir Adilov qeyd edib ki, Azərbaycanda mediasiya təşkilatlarının fəaliyyəti cənab Prezident İlham Əliyev tərəfindən imzalanan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Onlar dövlət qeydiyyatına alındıqdan sonra Mediasiya Şurasının üzvlüyünə qəbul edilirlər və yalnız bundan sonra fəaliyyətə başlaya bilirlər. Vətəndaşlar birbaşa mediasiya təşkilatlarına və mediatorlara qanunla müraciət edə bilirlər. Yəni vətəndaşların mediasiya təşkilatlarına müraciəti azaddır. Azərbaycanda yaranmağımızın qısa tarixinə baxmayaraq bizim mediasiya təşkilatları artıq markalaşıb və onların kifayət qədər ciddi uğurları vardır. Biz qardaş millətik və düşünürəm ki, Azərbaycan və Türkiyədə olan hər bir mediator bir-birini yaxından tanımalı, dost, qardaş olmalıdır. İnkişaf da məhz bundadır. Bizi birləşdirən səbəblər təkcə peşəmiz deyil, həm də qardaşlığımızdır."O qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Türk Dünyası quruculuğu sahəsində başladığı işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.Türk Dövlətləri Təşkilatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müstəsna və böyük rolu var. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
businesstime.az

10Mənbələr